Ananas qabığının faydaları

Vitamin və minerallarla zəngin olan ananasın qabığı da faydalıdır. 

Ananas qabığının faydalarını təqdim edirik

1. Arıqladır 

Ananas qabığının çayını dəmləyib içsəniz, arıqladığınızın şahidi olacaqsınız. İdrargətirici olduğu üçün bədəninizdəki artıq maddələri xaric edir. Sellülitlərə də faydalıdır. Ananas qabıqlarını yaxşıca yuyub, yaşıl hissəsini təmizləyin. 1 saat duzlu suda gözlədin. Duzlu suyu töküb üzərinə 2 litr su əlavə edin. Daha sonra bir parça zəncəfil, 1 qabıq darçın, yarım parça limon əlavə edib yarım saat qaynadın.

2. Öskürəyi kəsir

Ananas qabığını təmizlədikdən sonra üzərinə qaynar su əlavə edib bir qədər saxlayın. Daha sonra onu balla qarışdıraraq için. 

3. Mədə problemlərinə faydalıdır

Ananas qabığındakı liflər, C vitamini və bromelain maddəsi həzmetməni və bağırsaqların fəaliyyətini asanlaşdırır, qəbizliyi aradan qaldırır.
 
4. Çatları aradan qaldırır

Ayaqdakı çatlardan, qabıqlardan qurtulmaq istəyirsinizsə, qabığın iç hissəsini kəsərək həmin hissələrə qoyun. Gecə boyunca onu ayağınızda saxlayın. Ananas qabığı ölü dərini asanlıqla parçalayacağı üçün problemlərinizdən azad olacaqsınız. 

5. Xərçəngdən qoruyur

Ananas qabığı xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31