Türkiyə prezidentinin mətbuat katibi: "Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı"

Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı. Məlumata görə, bunu Suriyaya Qərb koalisiyası tərəfindən endirilən aviazərbələri şərh edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır.

Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Zərbələr zamanı 100-dən çox raket buraxılıb. Əməliyyat zamanı 3 nəfərin xəsarət aldığı bildirilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31