Rusiya səfiri: "Suriyaya endirilən zərbələr cavabsız qalmayacaq"

ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri cavabsız qalmayacaq. Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir. "Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin cavabsız qalmayacağına dair xəbərdarlıq etmişdik", - bəyanatda deyilir.

A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür.

"Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31