AŞ baş katibi Azərbaycan prezidentini təbrik edib
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib.
14 Aprel 2018 11:42 SiyasətAvropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab prezident. Fürsətdən istifadə edərək Sizi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31