Bəkir Bozdağ: "Hücumda İncirlik hərbi bazasından istifadə edilməyib"

"Suriya rejiminə qarşı başlanmış hərbi əməliyyatdan əvvəl Türkiyə bu barədə məlumatlandırıldı. Hücumda İncirlik hərbi bazasından istifadə edilmədi", - deyə Baş nazirn müavini Bəkir Bozdağ açıqlama verib.

Baş nazir müavini bildirib ki, hücumdan əvvəl ABŞ Birləşmiş hərbi komandanlığın qərargah rəisi ilə Türkiyə Baş qərargah rəisi Prezident Ərdoğan və Trampın təlimatları ilə görüşdülər: "Suriya mövzusunda Türkiyənin mövqeyi aydındır. Türkiyə Suriyada Əsəd rejiminə, kimyəvi və ya hər hansı silahın istifadəsinə, daxili qarşıdurmalara, insanların öldürülməsinə, insanların yurdundan didərgin salınmasına, İŞİD, PKK, KCK, PYD/YPG daxil bütün terror təşkilatlarına qarşıdır".

Baş nazirin köməkçisi əlavə edib ki, həll üçün qol gücünə son vermək şərtdir: "Suriya rejiminin kimyəvi hücumlarından sonra Suriyaya atılan mərmilərin bu ölkənin problemlərinin həllinə töhfə olmadığı kimi nəticəsinə də xeyiri dəyməyəcəyi aydındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31