Gündəm
ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb. "ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər.
Yerevanda etirazçılar nazirlik binalarını blokadaya almağa çalışırlar
Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar. Hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var. Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.
“Youtube”da rekord qıran azərbaycanlı müğənnilər - SİYAHI
Hər nə qədər bayağı mahnıları tənqid edib, onları aşılamamağa çalışsaq da, sosial media buna imkan vermir. Xüsusilə, "Youtube" video hostinqi və trend anlayışı bu istəklərimizi alt-üst edir. Gündəm nə qədər dəyişsə də, ən çox baxılan və görülən paylaşımlar dəyişmir.
“Elariz, Allah səni güldürsün...” - “Tanınmırlar” sözünə cavab
Ötən gün müğənni Elariz Məmmədoğlunun verdiyi açıqlama qalmaqala səbəb olub. Sənətçi xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın və Günel Zeynalovanın Türkiyədə tanınmadığını bildirib: "Türkiyədə mövcud olan müğənnilər var ki, bizimkilər onların sırasında yoxdu.
Şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ödəniləcək - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
1948,9 manat məbləğində iddia qaldırıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 139 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.
“Dastan gecələri” layihəsi başladı - Muğam Mərkəzi
Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk tədbiri olub - “Alı xan və Pəri xanım” dastanı tamaşaçılara təqdim edilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Toy evində DƏHŞƏT: Taxta eyvan çökdü... - VİDEO
Türkiyənin Kahramanmaraş bölgəsində toy evində bədbəxt hadisə baş verib. Toy evində qonaqlar toy sahibinə hədiyyələr təqdim edən zaman eyvan çöküb. Təxminən 20 nəfərin ağırlığına tab gətirməyən taxta eyvanın çökməsinin görüntüləri sosial şəbəkədə yayılıb.
ABŞ Konqresində Azərbaycan tolerantlığı alqışlandı
ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.
Mənsum İbrahimovun qızının toyu oldu - Fotolar
Xalq artisti Mənsum İbrahimovun evində şad gündür. Muğam ifaçısının bu gün qızının toyu olub Paytaxt restoranlarından birində baş tutan məclisdə incəsənət adamları da iştirak edirlər. Tədbirdən fotolar sosial şəbəkədə paylaşılıb.
Azərbaycanda balıqdan kütləvi zəhərlənmə olub - YENİLƏNDİ
Tovuz rayonunda qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilən yerli sakinlərin şəxsiyyəti məlum olub. Bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur. Daha iki nəfərə isə yerində yardım göstərilib.
22 aprel – Beynəlxalq Yer Günüdür
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar “Yer günü” ərəfəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
Bakıda və Abşeronda tozun miqdarı normadan yuxarıdır - AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.














