22 aprel – Beynəlxalq Yer Günüdür
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. “Beynəlxalq Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar “Yer günü” ərəfəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
19 Aprel 2018 09:42 Sosial1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. "Beynəlxalq Yer günü" ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar "Yer günü" ərəfəsində ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
22 aprel "Beynəlxalq Yer Günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında yerləşən Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində "22 aprel- Beynəlxalq Yer günü" ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə beynəlxalq yer gününün tarixi, əhəmiyyəti, ölkəmizdə yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, o cümlədən mövcud qlobal ekoloji problemlər: iqlim dəyişmələri, səhralaşma, bioloji müxtəlifliyin qorunması, tullantıların idarə edilməsi, ekoloji təhlükəsizliyin təmin olunması barədə tədbir iştirakçılarına geniş məlumat verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən "Beynəlxalq Yer günü" ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.