Azərbaycanda balıqdan kütləvi zəhərlənmə olub - YENİLƏNDİ

Tovuz rayonunda qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilən yerli sakinlərin şəxsiyyəti məlum olub. Bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur. Daha iki nəfərə isə yerində yardım göstərilib.

Tovuz rayonunda qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilən yerli sakinlərin şəxsiyyəti məlum olub.

Bunlar 1967-ci il təvəllüdlü Əliyev Tahir Abbas oğlu və 1966-cı il təvəllüdlü Abbasov İlqar Fərhad oğludur.

Daha iki nəfərə isə yerində yardım göstərilib. 

***

Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Rayonun Hünanlar yaşayış massivində bir ailənin 4 üzvü, ilkin ehtimala görə, balıqdan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31