ABŞ Konqresində Azərbaycan tolerantlığı alqışlandı
ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in, “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in və “Northwood” kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.
19 Aprel 2018 09:53 Xarici siyasətABŞ-ın "Etnik Anlaşma Fondu"nun (Foundation for Ethnic Understanding - FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in, "Eagleschr("39") Wings" yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in və "Northwood" kilsəsinin baş protestant keşişi Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş sözügedən tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohen, Konqres üzvü Henry Cuellar, Konqresmenlərin ofislərinin əməkdaşları, ABŞ-ın nüfuzlu xristian-yevangelist dini xadimləri, habelə ABŞ-ın yəhudi və xristian icmasının nümayəndələri iştirak etmişdir. Tədbirə həmçinin, ABŞ-ın və İsrailin ABŞ-da fəaliyyət göstərən media nümayəndələri qatılıb.
Tədbiri giriş nitqi ilə açan ravvin Marc Schneier ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini tərənnüm etmişdir. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs etmiş, Azərbaycana səfərlərindən çox mütəəssir olduğunu vurğulamışdır. Ravvin cənab Prezident İlham Əliyevlə bir neçə dəfə olan görüşü barədə xoş təəssüratlarını paylaşmış və Azərbaycandakı bu əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd etdi. Azərbaycanın digər 57 İslam ölkəsi arasında unikal rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin, ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırdı.
Daha sonra, çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Steve Cohen, Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə etmiş, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu xüsusi vurğulamışdır. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Cohen tərəfindən təqdir edildi.
ABŞ və dünyada böyük bir şəbəkəyə və nüfuza malik "Eagleschr("39") Wings" yevangelist təşkilatının icraçı direktoruyepiskop Robert Stearns də ölkəmizin dinlərarası əməkdaşlığa töhvələri barədə danışmış, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlamışdır. Yepiskop Stearns Azərbaycan Prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhvəsini aşkarladığını diqqətə çatdırmışdır. Protestant keşişi Bob Roberts çıxışı zamanı, ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs etmişdir. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts, öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş Prezidenti cənab İlham Əliyevin inaqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırmışdır. Bu xüsusda, səfir Süleymanov ravvin Schneier və yepiskop Stearnsın cənab Prezident İlham Əliyevin seçkilərdə inamlı qalibiyyəti münasibətilə ünvanladıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə öz minnətdarlığını bildirmişdir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhvəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyi səfir E.Süleymanov tərəfindən qeyd olunmuşdur. Səfir qeyd etmişdir ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühim rol oynayır. Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir Süleymanov, iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulamışdır.
Səfir sonda, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohenə, eləcə də dünyada müsəlman, xristian və yəhudi icmalar arasında dialoq səylərinə görə ravvin Schneierə, yepiskop Robert Stearnsa və pastor Bob Robertsə öz təşəkkürünü bildirdi.