ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb. "ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər.

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb. "ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlərdən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük", - deyə xəbərdarlıqda bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.  Ölkə parlamenti aprelin 17-də S.Sarqsyanı baş nazir seçib.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31