Gündəm
Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”
Çeçenistan lideri Ramzan Kadırov “Rossiya 24” telekanalına müsahibə verib. Mənbəyə istinadən xəbər verir ki, Kadırov Tramp və Merkel kimi Qərb siyasətçilərinin Çeçenistana gələcəkləri təqdirdə nə baş verəcəyi barədə danışıb.
“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilmədi, çünki...”
“Sarkisyan etiraz dalğasını beşiyində boğa bilərdi. Amma ona görə edə bilmədi ki, prezident olduğu dönəmdə Avropa Birliyi ilə assosiativ müqavilə imzalamışdı. Bundan irəli gələn bəzi siyasi və hüquqi öhdəliklərə görə Sarkisyan çəkincəli davrandı. O, baş nazir kimi öz müavinini ABŞ-a göndərmişdi və orada yeni maliyyə yastığının yaradılması üçün ABŞ rəhbərliyi ilə danışıqlar aparılırdı. Belə bir vəziyyətdə nümayişçilərə zorakı güc tətbiq olunsaydı, Ermənistan həm ABŞ, həm də AB səviyyəsində ediləcək yardımlardan, dilənçi paylarından məhrum olacaqdı”.
Tacikistanda ÜDM-in 27%-i əmək miqrantlarının pul köçürmələrinin payına düşür
Dünya Bankı ümumi daxili məhsulunun əhəmiyyətli hissəsini başqa ölkələrdə çalışan əmək miqrantlarının pul köçürmələrinin təşkil etdiyi ölkələrin siyahısını açıqlayıb.
Kreml Bakıya elə bir Qarabağ təklifi edə bilər ki... - Sensasiya
Artıq Ermənistanda rusların istəklərini yerinə yetirə biləcək bir adam belə qalmayacaq. O üzdən Moskva üzünü Bakıya tuta və Azərbaycana Dağlıq Qarabağı işğaldan azad etməyi təklif edə bilər.
Oğrunun digər əməlləri ifşa edilib
Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməllərinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 10-da rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Evdən pul və bijuteriya oğurlayanın əlləri qandallanıb
Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Salmanzadə tutulub. DİN-dn “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Binə qəsəbəsindəki evlərin birindən pul və bijuteriya oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həzrət Salmanzadə saxlanılıb.
Qadının 50 manatını zorla alan şəxs yaxalanıb
Bakı şəhər sakini C.Quliyevaya zor tətbiq edib 50 manatını ondan almaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 22-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Cəmilə Quliyevaya zor tətbiq edib 50 manatını ondan alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Mehman Mahmudov 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Moskva Sarkisyandan niyə imtina etdi?
Ermənistanda 2 həftədən artıq davam edən kütləvi etiraz aksiyaları öz məntiqi nəticəsini verdi. Hakimiyyəti zorla zəbt edərək baş nazir postuna sahib çıxan sabiq prezident Serj Sarkisyan xalqın qarşısında duruş gətirə bilməyərək istefa verdi. İşğalçı ölkədə baş verənlər bir tərəfdən xalqın cinayətkar rejim üzərində qələbəsi idisə, digər tərəfdən sadə erməni xalqının xunta rejimindən imtinası, daha yaxşı gələcək arzusunun tərənnümü idi.
Bakıda qayda pozan sürücü “tras”da təpik atdı video
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi — İşinin öhdəsindən gələ bilməyib
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Azərbaycanda Türkiyədə çox yayılan adlara maraq artıb - Melisa, Miray, Elif..
Son illərdə yenidoğulanlara öyrəşdiyimiz Azərbaycan adlarından uzaq olan, daha çox xarici seriallarda rastlaşdığımız əcnəbi adların qoyulmasına maraq artıb. Bəzi əcnəbi adlara olan maraq yalnız son 3 il ərzində 2 dəfə, bəzi adlara olan maraq isə 3 dəfəyə yaxın artıb. Apardığımız araşdırmalardan bəlli olur ki, Azərbaycan adı olmayan adlar daha çox qız uşaqlarına verilir.
Bakı-Ələt yolunda "qoçular" meydana çıxıb
Regionların sosial-iqtisadi inkişaf proqramları Neftçala rayonunda uğurla icra olunur
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları respublikanın bütün rayon və şəhərlərində müvəffəqiyyətlə icra edilməkdədir. Etiraf edilməlidir ki, sözgedan proqramların icrası rayonların simasını dəyişməklə yanaşı, yerli gəlirlərin artmasına, eləcə də əhalinin sosial rifahının yüksəlməsinə səbəb olub.
Məcburi köçkünlərin göz müayinəsi
Ermənilərin 24 aprel şousu
Bu günlər ermənilər özlərinin qondarma soyqırım tarixlırinin ildönümünü qeyd edirlər. Çox təəssüflər olsun ki, ötən 100 ildən artıq müddətdə ermənilər dünya ictimaiyyətini də öz yalanlarına inandıra biliblər. İkili standartlardan çıxış edən, ədalətsiz davranışları ilə tarixə qara ləkə salan ayrı-ayrı dövlətlər erməni yalanlarına şərik çıxaraq onların uydurduqları iddiaları qəbul edirlər. Təəssüflər olsun ki, müasir dünyamızda da bu qeyri-obyektiv yanaşma, ədalətsiz davranışlar qalmaqdadır. Onu da etiraf etmək lazımdır ki, son illərdə istər Azərbaycan, istərsə də Türkiyə tarixçiləri, araşdımaçıları erməni yalanlarının ifşa edilməsi istiqamətində sistemli fəaliyyət göstərir və erməni yalanlarının dünya miqyasında ifşa edilməsi yönündə uğurlu işlər görürlər. Tarixi faktlar, arxiv materialları əsasında ifşa edilən erməni yalanları erməniləri ciddi şəkildə narahat etməyə başlayıb.














