Tacikistanda ÜDM-in 27%-i əmək miqrantlarının pul köçürmələrinin payına düşür

Dünya Bankı ümumi daxili məhsulunun əhəmiyyətli hissəsini başqa ölkələrdə çalışan əmək miqrantlarının pul köçürmələrinin təşkil etdiyi ölkələrin siyahısını açıqlayıb.

Dünya Bankı ümumi daxili məhsulunun əhəmiyyətli hissəsini başqa ölkələrdə çalışan əmək miqrantlarının pul köçürmələrinin təşkil etdiyi ölkələrin siyahısını açıqlayıb.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, siyahıya 31% göstəricisi ilə Nepal başçılıq edir. Başqa sözlə, bu ölkənin ÜDM-nin az qala üçdə bir hissəsi xarici ölkələrdə işləyən nepallıların öz ölkələrinə yolladıqları pul təşkil edir.

Siyahıda daha sonra bu ölkələr gəlir: Qırğızıstan (30%), Haiti (29%), Tacikistan (27%), Liberiya (26%).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31