Regionların sosial-iqtisadi inkişaf proqramları Neftçala rayonunda uğurla icra olunur

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları respublikanın bütün rayon və şəhərlərində müvəffəqiyyətlə icra edilməkdədir. Etiraf edilməlidir ki, sözgedan proqramların icrası rayonların simasını dəyişməklə yanaşı, yerli gəlirlərin artmasına, eləcə də əhalinin sosial rifahının yüksəlməsinə səbəb olub.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları respublikanın bütün rayon və şəhərlərində müvəffəqiyyətlə icra edilməkdədir. Etiraf edilməlidir ki, sözgedan proqramların icrası rayonların simasını dəyişməklə yanaşı, yerli gəlirlərin artmasına, eləcə də əhalinin sosial rifahının yüksəlməsinə səbəb olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Neftçala rayonun da inkişafına təkan verib. Belə ki, rayonda yeni istehsal sahələri açılıb, məşğulluq problemi aradan qaldırılıb və hətta ixacat üçün nəzərdə tutulan məhsulların istehsal həcmi artıb. Təkcə 2017-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2016-cı ilə nisbətən 18,3 % artıb. Ötən il ümumi məhsul istehsalı 296,2 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 45,8 milyon manat çoxdur. Regionların sosial iqtisadi inkişaf proqramlarına uyğun olaraq rayonda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Məhz görülən işlər nəticəsində ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 75,2%- ə çatıb. Adambaşına 3410 manatlıq və ya 2016-cı ilə nisbətən 17,3 % çox məhsul istehsal edilib. 2017-ci ildə rayonda 101 yeni müəssisə yaradılıb, 5 müəssisənin fəaliyyəti bərpa olunub, 881 fiziki şəxs fəaliyyətə başlayıb. Yeni yaradılmış müəssisələrin hesabına 101, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 5, mövcud müəssisə və təşkilatlarda 30, fiziki şəxslər üzrə 881 yeni iş yeri olmaqla, cəmi 1017 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunub. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 4165 nəfər, o cümlədən pambıq yığımına 2550 nəfər cəlb olunub. Ümumilikdə rayon üzrə 5182 nəfər işlə təmin olunub. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində
rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 31 milyon 412,0 min manatlıq sənaye məhsulu istehsal olunub, iş və xidmətlər yerinə yetirilib. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 80,0 % təşkil edib. Sənaye istehsalının ümumi həcmində neft hasilatı 57,9 faiz, yod emalı isə 22,1 faiz olub. Cari ildə 33,1 min ton xam neft və 198,5 ton yod istehsal edilib. Rayonda yeni müəssisələrin açılması nəticəsində əhalinin gəlirləri nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, ötən il ərzində əhalinin nominal pul gəlirləri 286 milyon 191,0 min manat olur ki, bu da 2016-cı il ilə müqayisədə 7,2 % artm deməkdir. Adambaşına düşən pul gəlirləri 6,3 % artaraq 3295,0 manat olub. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 277,2 manat təşkil edir. Rayonda aztəminatlı ailələrin social müdafiəsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ildə pensiya və müavinət alanların sayı 13497 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 285 ailə olub. Rayonda 140 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 fərdi ev tikilərək Qarabağ müharibəsi əlili və Şəhid ailələrinə verilib. 2017-ci il ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 360 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunub və 112 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilib. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 11 sahibkara 686,5 min manat məbləğində güzəştli kredit verilib.
Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası rayonda aqrar sahənin inkişafına da təsir göstərib. Belə ki, rayonda kənd təsərrüfatının ümumi məhsulu 100 milyon 140 min manat təşkil edir ki, bu da ötən illə müqayisədə 31,6% çoxdur. Göstərilən dövrdə diri çəkidə 14 min 664 ton ət, 24 min 508 ton süd, 7 milyon 920 min ədəd yumurta, 280,2 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 12,1 faiz, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 7,2 faiz, yun istehsalı isə 4,5 faiz artıb. 2017-ci ilin məhsulu üçün 51 min 154 hektar sahədən 118,7 min ton taxıl istehsal edilib ki, bu da hər hektardan orta məhsuldarlıq 23,2 sentner deməkdir. Xatırladaq ki, Neftşala rayonunun aqrar sektorunda pambıqçılığın inkişafı əsas istiqamətlərdən hesab olunur. Elə bu səbədən də 2017-ci ildə əvvəlki illə müqayisədə 7,2 dəfə çox olmaqla 11111 hektar sahədə pambıq əkilib, 9096,5 ton pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilib. 2018-ci ildə rayonda 10000 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bununla əlaqədar olaraq hazırda 8219 hektar torpaq sahəsi üçün 937 mülkiyyətçi ilə müqavilə bağlanıb, 7030 hektarda şum aparılıb və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bitkiçilik sahəsində yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülüb. Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 422,0 km suvarma kanalları, 225,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 51 ədəd, kollektor -drenlərdə 83 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilib. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlanıb. 13,5 km hissəsinin tikinti işləri başa çatmış, hal-hazırda qalan hissənin tikintisi davam etdirilir. Hesabat dövründə kanalın tikintisinə 5 milyon 830 min manat vəsait xərclənib. .
Regionların social-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlanılıb. Ötən il ərzində Neftçala şəhərinin daxili avtomobil yollarının təmiri həyata keçirilib və 23450 m2 həcmində asfalt örtüyü salınıb. Neftçala şəhəri Məhəmməd Əsədov küçəsi bina 1A və Üzeyir Hacıbəyov küçəsi bina 1B ünvanında çoxmənzilli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunub. Bundan başqa rayon ərazisində çoxmənzilli yaşayış binalarının fasad hissələrinin rənglənməsi işləri aparılıb. 2016-cı ildə Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının "Azevrocar" MMC şirkətinin İran İslam Respublikasının "İran khodro" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə təməli qoyulmuş avtomobil istehsalı zavodunun hal-hazırda tikinti işləri davam etdirilməkdədir. Bundan əlavə Neftçala şəhər M.Səfərov adına internat məktəbinin tədris korpuslarının təmiri və yeni yataqxana binasının tikintisinə başlanılıb, tikinti işləri davam etdirilir. Neftçala rayonunda əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 8000 hektar torpaq sahəsində hal-hazıra kimi 21 km uzunluğunda torpaq kanalının 20 km hissəsi lildən təmizlənmiş, eləcə də ərazidə 1 ədəd transformator yarımstansiyasının tikintisi tamamlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3251 nömrəli Sərəncamı ilə Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayırıb. Hal-hazırda həmin avtomobil yolunun tikintisinin tamamlanması yönündə son işlər aparılır.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3250 nömrəli Sərəncamı ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayırıb. Hazırda binaların fasad hissələrinin təmiri, kommunikasiya xətlərinin çəkilişi işləri həyata keçirilir. Yeri gəlmişkən xatırladaq ki,
rayonda ən mühüm ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri olmuşdur. Belə ki, 24 sentyabr 2017-ci il tarixində cənab Prezident rayonumuza tarixi səfəri ilə bir neçə inzibati və sosial əhəmiyyətli obyektlərin açılışında iştirak etməsi olub. Ölkə başçısı İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, 110/35/6 kV-luq "Neftçala" yarımstansiyasının açılışını edib, Kür çayından Neftçala Magistral kanalı vasitəsilə rayonun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Onu da qeyd edək ki, dövlət başçısı Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Regionların social-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində rayonda sosial obyektlərin tikintisi də diqqət mərkəzində olub. Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.Yenicə istifadəyə verilmiş Neftçala Mərkəzi Rayon Xəstəxanasının bütün infrastrukturu tamamilə yenilənib tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bununla da xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinə və müalicəsi mümkün olacaq. Onuu da qeyd edək ki, ölkə başçısı İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ötən ilin fevral ayından may ayınadək tərtib edilmiş qrafikə əsasən həkim briqadaları tərəfindən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilib. Ümumilikdə rayon üzrə 59287 nəfər profilaktik tibbi müayinələrdən keçib ki, bunun da 1642 nəfəri ambulator müalicəyə, 13 nəfəri stasionar müalicəyə cəlb olunub,16 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilib. Rayonda ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə iməciliklər təşkil olunub. İməciliklər zamanı şəhərin ayrı-ayrı küçə və meydanlarında, məhəllələrdə təmizlik və yaşıllaşdırma işləri aparılmış, minlərlə müxtəlif növ ağac və gül kolları əkilərək, onlara qulluq göstərilib. IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli "Blue Marine Foundation" (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında "Təmiz Kür" adlı təmizlik aksiyası keçirilib, aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Kür çayının sahilləri müxtəlif məişət tullantılarından və yararsız balıqçılıq torlarından təmizlənilməsi işləri görülüb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31