Gündəm

Şenol Günəşdən ŞOK açıqlama

24 Aprel 2018 16:31

Beşiktaşın baş məşqçisi Şenol Günəş qalmaqallı, təxirə salınmış derbinin yenidən oynanılacağı təqdirdə stadiona çıxmayacağını açıqlayıb. 

"Ermənistan bütün sərhəddi boyunca türklərlə yaşamaq zorundadır"

24 Aprel 2018 16:08

“Sonunda Ermənistan xalqı dərk etməlidir ki, onların firavan və müharibəsiz ölkədə yaşamaq haqqları var. 30 ildir müharibə şəraitində hər an ölmək qorxusu ilə yaşayan erməni xalqı müharibə simvolu olan Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdı. Bundan sonra gözləntilərimiz sağlam və ayıq başla düşünən bir hakimiyyətin gəlməsini arzulamaqdır”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Yanvar-aprelayları ərzində Energetika Nazirliyinə 599 müraciət daxil olub

24 Aprel 2018 16:04

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinəistehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və qazla təchizatı ilə əlaqədar 599 ərizə və müraciət daxil olub. “OLAYLAR” xəbər verir ki, 87 müraciət “Qaynar xətt” (“Onlayn müraciət”),512 müraciət isə poçt vasitəsilə qəbul edilib.

Dini Komitənin Şamaxıda təşkil etdiyi seminar başa çatıb

24 Aprel 2018 16:04

Aprelin 24-də Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb. ”OLAYLAR” xəbər verir ki, gənclər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

Kreml: "Ermənistandakı situasiyanı Ukraynadakı dövlət çevrilişi ilə müqayisə etmək yersizdir"

24 Aprel 2018 15:58

"Ermənistanda vəziyyət qeri-sabitlik yolu ilə getmir. Kreml bu ölkədə sabitliyinin qorunub saxlanmasına və siyasi konsensusun əldə olunmasına ümid edir". Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Miloş Zeman: "Azərbaycan və Aİ arasında əməkdaşlığın genişləndirilməsi bundan sonra da davam edəcək"

24 Aprel 2018 15:56

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.