Həyat yoldaşının soyadına keçən aparıcı lağa qoyuldu FOTO
24 Aprel 2018 16:22 MədəniyyətAprelin 6-da iş adamı Emre Tavukçuoğlu ilə ailə quran tanınmış aparıcı Simge Fıstıkoğlu sosial şəbəkə izləyicilərinin dilinə düşüb.
Ərinin soyadını qəbul edən aparıcı bunu İnstaqram səhifəsində elan edib. Ancaq Simge gözləmədiyi münasibətlə üzləşib. İnstaqram hesabında "Simge Fıstıkoğlu Tavukçuoğlu" adından istifadə edən aparıcıya "soyadın çox uzundur", "heç olmasa birindən imtina et" sözləri yazılıb. Simge isə soyadının uzun olduğunu qəbul etdiyini, ancaq bununla qürur duyduğunu bildirib.
Xatırladaq ki, Simge Emre ilə sevgili olduğunu 2017-ci ilin mayında elə İnstaqram hesabında elan etmişdi.

Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31