"Mercedes-Benz" şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb.
Trend xəbər verir ki, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.