Belə ki, Bakı-Ələt yolunda bir avtomobil digər avtomobil üçün təhlükəli vəziyyət yaradıb. Bu zaman təhlükəyə məruz qalan sürücü vəziyyətdən çıxaraq yoluna davam etməyə başlayıb. Amma hadisə bununla bitməyib.
Qayda pozan "90-SO-003" dövlət seriya nömrəli BMW markalı avtomobilin sürücüsü həmin maşını təqib edib və sürücüdən avtomobili saxlamasını istəyib. BMW markalı avtomobildən düşən sərnişin digər avtomobilin sürücüsünə hücum edib.
.
Hücuma məruz qalan sürücü həmin anda avtomobili işə salaraq hadisə yerindən uzaqlaşıb. Amma BMW markalı avtomobildən düşən şəxs maşına təpik vurmağı bacarıb. Bununla da sakitləşməyən BMW-dəki şəxslər digər avtomobili təqib etməyə davam ediblər. Bunu görən zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin "102 qaynar xətt"inə məlumat verib.
Sputnik.az