Gündəm

“WhatsApp”dan yaş qadağası gəlir

25 Aprel 2018 13:43

"WhatsApp" messenceri Avropa ölkələri üçün yaş məhdudiyyəti tətbiq edir. Gələn aydan etibarən Avropa ölkələrində 16 yaşdan aşağı şəxslər üçün xidmət əlçatmaz olacaq.  Lakin messencerin administratorlarının qeydiyyat zamanı istifadəçilərin yaşını necə müəyyən edəcəkləri qaydaları açıqlanmır. 

Sumqayıtda 1 ilin gəlininin ata və anası ilə birlikdə yaşadığı DƏHŞƏT

25 Aprel 2018 13:41

Sumqayıt şəhərində qayınatasına qarşı cinayət törətməkdə ittiham olunan Saatlı rayon sakini, 1994-cü il təvəllüdlü Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Anar Məmmədovla arvadı İlahə Ağayeva arasında ailə məişət zəminində mübahisə baş verib. Bu mübahisədən sonra İlahə atası Rəhimağa Ağayevin evinə gedib.

Rusiya “Alfa” qrupunu İrəvana göndərdi: Dəhşət yaşana bilər

25 Aprel 2018 13:39

Rusiya Ermənistanda yeni təhlükəli oyuna başlayıb və bu oyunun sonunda o, çox şeyi itirə bilər. Hətta ola bilsin ki, Cənubi Qafqazdan ABŞ və Qərb ölkələri Rusiyanı bazaları ilə birlikdə tamamilə qovub çıxarsın.

Uğurlu kadr islahatları iqtisadiyyatın inkişafına töhfə verəcək

25 Aprel 2018 13:37

Aprelin 11-də keçirilən prezident seçkilərindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq istefaya göndərilən hökumət kabineti yeni dönəmə uyğun olaraq demək olar ki, tam formalaşıb. Hər halda mühüm strateji sahələrə məsul olan nazir və komitə sədrlərinin təyinatı belə deməyə əsas verir.

Şagirdlərdə mütaliə vərdişləri yaratmaq vacib şərtdir

25 Aprel 2018 13:35

Ölkəmiz son zamanlar çiçəklənən bir dövrə qədəm qoyub. Bütün sahələrdə əsaslı islahatlar durmadan artır. Şübhəsiz ki, ölkənin gələcəyinə cavabdeh olan təhsil sistemi bu islahatların önündə gedir. Hazırda qarşıda duran əsas məsələlərdən biri məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulmasından ibarətdir ki, hətta ucqar dağ rayonlarda bu istiqamətdə ciddi iş aparılır.

Çiyələk alarkən nəyə fikir vermək lazımdır?

25 Aprel 2018 13:33

Mövsümi dəyişikliklə əlaqədar olaraq bazarlarda meyvə və giləmeyvələrin satışı üstünlük təşkil edir. Havaların nisbətən mülayimləşməsi bazarlara yeni kənd təsərrüfatı məhsullarının çıxarılmasına səbəb olub.

Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi necə qorunur?

25 Aprel 2018 13:32

Mövsümlə əlaqədar olaraq qida zəhərlənmələri hadisələri tez-tez baş verir. Bəzən qida zəhərlənmələri meyvə-tərəvəz məhsullarından, onlara kimyəvi maddələrin normadan artıq verilməsindən baş verirsə,  bir çox hallarda bu kimi zəhərlənmə halları konservləşdirilmiş məhsullardan meydana gəlir.

Təhsil Nazirliyi "Təhsil haqqında" qanunla bağlı yeni təkliflər paketi hazırlayıb

25 Aprel 2018 13:30

Təhsil Nazirliyi "Təhsil haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb. Məlumata görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət

25 Aprel 2018 13:27

Təhsil naziri Ceyhun Bayramov ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə münasibət bildirib.

Kənd Təsərrüfatı Nazirliyində yeni sözçü

25 Aprel 2018 13:25

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.  Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

1 146 məktəbli növbəti mərhələyə vəsiqə qazanıb

25 Aprel 2018 13:22

Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 310 məktəbdən 15 minə yaxın şagird iştirak edib.

AzTU-da Almaniya ali təhsilinin təqdimatı keçirilib

25 Aprel 2018 13:19

Aprelin 24-də Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “WORLD LANGUAGE CENTER” şirkətinin nümayəndələri tərəfindən Almaniya ali təhsilinin təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tələbələrə Almaniya ali təhsili haqqında qısa məlumat verərək qeyd edib ki, azərbaycanlı tələbələr Avropada, xüsusi ilə də Almaniyada təhsil almaq imkanına malikdirlər. Sübhan Namazov bildirib ki, son illər ölkələrimiz arasında yaranan qarşılıqlı dostluq münasibətləri azərbaycanlı gənclərə Almaniyada təhsil almağa və bu ölkədə uğurlu karyera qurmağa geniş imkan yaradıb. Prorektor qeyd edib ki, AzTU-nun dünyanın bir sıra universitetləri, o cümlədən Avropa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Müstəqil Dövlətlər Birliyi və Şərqi Asiya ölkələrinin universitetləri ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri tələbələrin mübadilə proqramlarında iştirak etməsinə də şərait yaradıb. Həmçinin, son illər universitetlər arasında imzalanan ikili diplom müqavilələri çərçivəsində bəzi ixtisaslara dair dünyanın qabaqcıl universitetlərinin diplomlarına yiyələnmə imkanının yarandığını deyən professor Sübhan Namazov, bundan sonra da AzTU-nun müasir, inkişaf etmiş elm-təhsil prosesinə inteqrasiyasının sürətləndirilməsi üçün önəmli addımlar atılacağını bildirib.