Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirdi
25 Aprel 2018 13:21 SiyasətRusiyanın Ermənistandakı səfirliyi paytaxt Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görüb.
Bildirilib ki, diplomatik missiyanın əməkdaşlarına səfirlik ərazisini tərk etməmək tövsiyə olunub.
Bununla yanaşı, səfirlik Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ilə görüş keçirmək niyyətini açıqlayan müxalifət lideri Nikol Paşinyanın bəyanatını şərh etməyib.
Qeyd edək ki, N.Paşinyan daha əvvəl Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb. O, rusiyalı səfirdən başqa, ABŞ-ın diplomatik missiyasının rəhbəri ilə də görüşmək niyyətindədir.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31