Gündəm

Sarkisyanın şok planı ORTAYA ÇIXDI - Kritik görüşün ləğvinin PƏRDƏARXASI - CANLI YAYIM

25 Aprel 2018 13:18

Ermənistanda kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyanın rəhbərliyi ilə kütləvi etiraz aksiyaları yenidən başlayıb.

Messiyə 110 milyon funt

25 Aprel 2018 13:16

Arsenalın yeni baş məşqçisi

25 Aprel 2018 13:08

22 ildir Arsenal klubunun baş məşqçisi olan Arsen Vengerin yerinə keçə biləcək namizədlər artıq məlum olub. Klubun icraçı direktoru İvan Qazidis keçmiş Arsenal futbolçusu və kapitanı olmuş Mikel Artetanı Arsenalın baş məşqçilik postunda görmək istəyir.

Salahın "səcdəsinə" senzura

25 Aprel 2018 13:07

İngiltərə Premyer Liqasında "ilin futbolçusu" seçilən Məhəmməd Salah Liverpul-Roma qarşılaşmasında vurduğu qolu səcdə edərək qeyd etdiyi an, ingilis operatorlar tərəfindən efirə verilməyib. Ancaq səcdədən qalxdıqdan sonra operatorlar yenidən futbolçunu çəkməyə başlayıblar. 

Diaspor Komitəsinin yeni sədri: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”

25 Aprel 2018 12:55

“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram.

9 uşağı var – Amma SONSUZDUR

25 Aprel 2018 12:49

Mərakeşdə baş verən hadisə hər kəsi təəccübləndirib. Olaylar.az bildirir ki, 50 yaşlı professor sonsuz olduğunu öyrənib. 35 illik evlilikdən 9 uşağı olan şəxs növbəti dəfə müayinədən keçib və məlum olub ki, doğuşdan sonsuz olan kişinin heç vaxt övladı ola bilməz.

Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

25 Aprel 2018 12:47

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində işlər yüksək keyfiyyətlə aparılır.  Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

“Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı keçiriləcək

25 Aprel 2018 12:46

Azərbaycan Dövlət Musiqili Tetarında “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalınını Qala konserti keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qala konsert myuzikl tamaşa formatında olacaq.  Cari ilin 3-6 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15 yaxın ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını nümayiş etdiriblər.

Ermənilər 95 dəfə atəşkəsi pozub

25 Aprel 2018 12:44

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Ermənistan Müdafiə Nazirliyində xaotik durum: Növbəti addım nə olacaq?

25 Aprel 2018 12:42

Serj Sarkisyanın istefasından sonra Ermənistan müdafiə nazirliyində Vigen Sarkisyanla digərlərinin mövqeləri toqquşub.  Daha öncə xəbər veridiyimiz kimi, Serj Sarkisyan istefa vermədən öncə Ermənistan ordusunun sülhməramlı briqadasının bir qrup hərbi qulluqçuları hərbi hissəni tərk edərək, nümayişçilərə qoşulub. 

Ər-Riyad Qətəri təhdid etdi

25 Aprel 2018 12:42

Heydər Əliyevin mühafizəçisini ölümcül hala salan şəxslər MƏHKƏMƏDƏ

25 Aprel 2018 12:37

Mərhum prezident Heydər Əliyevin mühafizə xidmətinin əməkdaşı, sabiq polis rəisi Müşfiq Mədətovu və hazırda  Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən Kazım Abbasov, Məhəmməd İsmayılov, Emil Həsənov və Ramal Ağayevin cinayət işi üzrə məhkəmə başlayıb.