Ər-Riyad Qətəri təhdid etdi
25 Aprel 2018 12:42 SiyasətQətər ABŞ dəstəyindən məhrum olmaq istəmirsə, Suriyaya öz qoşunlarını göndərməlidir.
ONN media xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib.
O qeyd edib ki, əgər ABŞ Qətərə dəstəyini dayandırsa, bir həftə ərzində bu ölkədə hakimiyyət devriləcək.
Ötən ilin iyunundan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətəri terrorçulara dəstəkdə ittiham edərək, bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31