Gündəm

Ramil Usubov: "Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır"

26 Aprel 2018 18:07

Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.

Azərbaycan XİN: "Lavrov-Nalbandyan görüşündə təmas xəttində Ermənistanın hərbi toqquşmaları təhrik etməyə cəhd göstərilməsi müzakirə olunmalı idi"

26 Aprel 2018 18:05

Müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin təmas xəttində hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir. Bunu  Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Son bir ildə həbsdən azad edilənlərin sayı 14 faiz artıb

26 Aprel 2018 18:04

Ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.

Hüseyn Abdullayevin həbsi ilə bağlı RƏSMİ MƏLUMAT

26 Aprel 2018 17:53

Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri Hüseyn Abdullayevin həbsi ilə bağlı birgə məlumat yayıb.

"Bu səfər regionda baş verən proseslər kontekstində mühüm əhəmiyyət daşıyır"

26 Aprel 2018 17:38

Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyəyə etməsi iki dövlət arasında formalaşmış tarixi ənənələrin davam etdirilməsi baxımından çox əhəmiyyətlidir. 

Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur

26 Aprel 2018 17:29

Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobi yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki,  sözügedən layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.

“Azərsu”-da cari ilin birinci rübünün yekunları müzakirə edilib

26 Aprel 2018 17:29

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin mühüm hadisə olduğunu xatırladan sədr  “Azərsu” ASC-nin kollektivi adından cənab İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Türk Hava Yolları” Azərbaycanda növbəti endirim kampaniyasına start verib

26 Aprel 2018 17:27

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib. “OLAYLAR” xəbər verir ki, kampaniya çərçivəsində İstanbul-Bakı və əks istiqamətə aviabiletlər endirimli qiymətlə təklif olunur.