Emrah çətin vəziyyətə düşdü foto

Türkiyəli müğənni-aktyor Emrah həyat yoldaşı Sibel və uşaqları ilə restorandan çıxarkən görüntülənib. 
  Paparassiləri görən sənətçinin kefi pozulub. Uşaqlarının üzünün görünməsini istəməyən Emrah oğlunu, Sibel isə qızını bərk-bərk qucağına basıb. 

Müğənninin meneceri də jurnalistlərə xəbərdarlıq edərək şəkil çəkməməyi tapşırıb. Emrah restoranın işçilərindən kömək istəyərək avtomobilinin məkanın düz qapısına yaxınlaşdırılmasını xahiş edib.

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31