Gündəm

Tramp Şimali Koreya lideri ilə görüşdən DANIŞDI

26 Aprel 2018 17:08

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla mümkün görüşdən danışıb. Ağ Evin lideri görüş üçün 3-4 tarix və 5 məkan arasında seçim etməli olduqlarını bildirib. Bir neçə gün əvvəl isə Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra bildirmişdi ki, Kim Çen Inla görüş çox tezliklə olacaq.

Məmur oğurluq edərkən görüntüləndi və istefa verdi - VİDEO

26 Aprel 2018 17:06

İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub. İspaniyanın hakim partiyası olan Xalq Partiyasının üzvü olan xanımKristina Sifuentesin 2011-ci ildə parfumeruya mağazasından krem oğurladığı görüntüləri yayılıb.

Paşinyan SÖZ VERDİ: “Hakimiyyətə gəlsəm, sizi...”

26 Aprel 2018 17:04

Ermənistanda etiraz aksiyalarının lideri, müxalifət deputatı Nikol Paşinyan hakimiyyətə gələcəyi halda, siyasi dustaqları azad edəcəyinə söz verib. Paşinyan bu haqda paytaxt İrəvanın şimal rayonları üzrə yürüşdən sonra keçirilən mitinqdə bildirib. Daha əvvəl müxalifət 2016-cı ildə İrəvanda patrul-post xidmətinin binasına hücumun iştirakçılarını azad etməyi tələb edib. Həmin hücumda 3 polis öldürülmüş, bina iyulun 17-dən 31-dək silahlıların əlində qalmışdı.

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konsert 

26 Aprel 2018 16:52

Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.

167 nəfərə sosial xidmət göstərilib

26 Aprel 2018 16:42

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu vaxta qədər  167  nəfərə sosial xidmət göstərilib.

“Bəzi qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşır"

26 Aprel 2018 16:31

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir neçə nöqteyi-nəzərdən əlamətdardır, diqqət çəkəndir və tarixi əhəmiyyətlidir. Hər şeydən öncə Azərbaycan-Türkiyə prezidentlərinin rəhbərlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.