“Bəzi qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşır"

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir neçə nöqteyi-nəzərdən əlamətdardır, diqqət çəkəndir və tarixi əhəmiyyətlidir. Hər şeydən öncə Azərbaycan-Türkiyə prezidentlərinin rəhbərlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir”. Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir neçə nöqteyi-nəzərdən əlamətdardır, diqqət çəkəndir və tarixi əhəmiyyətlidir. Hər şeydən öncə Azərbaycan-Türkiyə prezidentlərinin rəhbərlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, cənab İlham Əliyevin bu səfərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı iyunun 24-də keçiriləcək seçkidən sonra ilk səfər olaraq Bakıya dəvət etdi: "Bu bir daha onu təsdiqləyir ki, Azərbaycan Prezidenti ilk səfərinin Türkiyəyə etməsi ənənəsinə sadiq qaldığı kimi Türkiyə rəhbərlərinin də bu ənənəni gələcəkdə də davam etdirməsini bir o qədər arzulayır və bunu məqsədə müvafiq sayır. Türkiyədə imzalanan çoxsaylı sənədlər iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirəcək. Əldə olunmuş razılaşmalar Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının, birliyinin əbədi olduğu barədə bütün dünyaya verilən çox labüd bir mesaj kimi dəyərləndirilə bilər.

Türkiyə-Azərbaycan strateji dostluğu sözün həqiqi mənasında regionda stabilliyin və təhlükəsizliyin böyük qarantlarından biridir. Eynilə də Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu iki ölkənin mövcud potensiallardan tam şəkildə istifadəsi təkcə region üçün yox, bütün dünya üçün, o cümlədən Avropa üçün stabillik, rifah, enerji təminatçısıdır və balans yaradan bir faktordur. Ona görə də Türkiyə ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi, təkcə iki ölkəyə yox, ətrafda olan digər dövlətlərə və bütün Avropanın mənafelərinə uyğundur. Amma çox təəssüflər olsun ki, həm ətraf ölkələrdən, həm də Avropa ölkələrindən elələri tapılır ki, Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşırlar və bəzi hallarda bunu pərdələməyə çalışırlar. Amma bu münasibətlərin fundamenti o qədər möhkəmdir ki, göstərilən səylərin heç biri onu zədələyə bilməz". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31