Türkiyə yenidən zəlzələ ilə üz-üzə

Türkiyənin qərbindəki Dənizli vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanların episentri Dənizli şəhərindən 19 kilometr şərqdə, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı barədə məlumat verilir.

Hər hansı bir ciddi fəsadın olub-olmaması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, daha öncə aprelin 14-də Türkiyənin Adıyaman vilayətində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində 39 nəfər xəsarət almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31