Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
26 Aprel 2018 16:45 SiyasətRusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı vəzifəsini icra edən Edvard Nalbandyan ilə Moskvada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Bu barədə həftəlik brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Bu gün Sergey Lavrov ilə erməni həmkarı Nalbandyan arasında qısa görüş keçirilib. Həmçinin təmas xəttindəki vəziyyət müzakirə olunub", - M.Zaxarova vurğulayıb.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31