Gündəm
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
Azərbaycanda bağçalara qəbul 1 yaşdan aparılacaq. Bununla bağlı “Təhsil haqqında” qanunun 18-ci maddəsinə (məktəbəqədər təhsil) dəyişiklik təklif edilir. Dəyişikliyə görə, Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edəcək.
Rusiya, İran və Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ
Rusiya, İran və Türkiyə Suriya böhranının nizama salınması üzrə birgə işin pozulması cəhdlərinə qarşı duracaq. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astana prosesi çərçivəsində keçirilən görüşünün nəticəsinə görə bildirib. Lavrov əlavə edib ki, Rusiya, İran və Türkiyə etnik və dini əlamətlər üzrə Suriyanı bölmək cəhdlərini qəbuledilməz hesab edir. O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşün sonunda Suriya böhranı ilə əlaqədar birgə bəyannamə qəbul etdiklərini açıqlayıb.
Nur Yerlitaşın MÖHTƏŞƏM DƏYİŞİMİ: Arıqlamağa davam edir- FOTO
Türkiyəli modelyer Nur Yerlitaş uzun bir müddətdir ki, arıqlamaq qərarı alıb. O bu yolda əmin addımlarla irəliləyir. Belə ki, kifayət qədər arıqlayan sosial media fenomeni Yerlitaşı görənlər tanımayıb.
Peru musiqisi ilə muğamımız birgə səslənəcək
Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq millimusiqilərlə yanaşı maraqlı etnik musiqi konsertləri də təşkil edilir. Olaylar.az bildirir ki, Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurlu olub.
Abdullah Gül Ərdoğanın rəqibi olur? - Son qərar AÇIQLANDI
Türkiyənin 11-ci prezidenti Abdullah Gül prezidentliyə namizədliklə bağlı qərarını açıqlayıb. Sabiq prezidenti 24 iyunda keçirilən seçkilərdə prezidentliyə namizəd olmayacağını ifadə edib. “Əhatəli bir razılaşma olmadığı üçün namizədliyimlə əlaqədar bir məsələ artıq müzakirə mövzusu deyil”, - o bildirib.
Müəllimlərin intim görüntülərinin yayıldığı Bakı məktəbi ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ
Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Formula 2 qalibi: "Bakı məni..."
Bakıda Formula 2-nin birinci yarışının qalib pilotları mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, pilotlar yarış haqqında təəssüratlarını bölüşüb və sabahkı yarış haqqında gözləntilərini açıqlayıblar. Formula 2-nin birinci əsas yarışının qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon yarışa yaxşı hazırlaşdığını diqqətə çatdırıb: “Mən yarışa hazır idim, Bakı məni məyus etmədi və mən finişə birinci çatmağı bacardım. Yarış gərgin keçdi, bəzi anlarda yolda sıxlıq yarandı, o cümlədən yarış zamanı bəzi pilotlar səhvlərə yol verdilər və bu da hərəkətə çətinlik yaratdı”.
Mehriban Zəki: “Mən onunla görüşmədən ayrıldım” - MÜSAHİBƏ
Tanınmış aktrisa, Əməkdar artist Mehriban Zəkinin müsahibəsini təqdim edirik. Dağlar Yusif: Mənim üçün var performativ roman, var performativ sənət, bir də var performativ insanlar. İndi qarşımızda oturan Mehriban Zəki başdan-ayağa oyundur, kodlaşdırılmış mətndir. Hansı ehtiyacdan doğur bu “oynamaq”, bu performativlik?
Ermənilər tərəfindən Tbilisidə öldürülüb orda da basdırılan Cümhuriyyət liderləri
Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik. Тbilisi botanika bağı Gürcüstan paytaxtının tarixi mərkəzində yerləşir.
Ermənistanda etirazlar daha iki 2 şəhərdə...
Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar. N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.
Çoxmərtəbəli binada GÜCLÜ YANĞIN: Kəmaləddin Heydərov hadisə yerində - FOTO/VİDEO (YENİLƏNDİ)
Fövqəladə Hallar NazirliyiBakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Açıq səma altında əsərlər çəkiləcək
Aprelin 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Azərbaycanım” adı altında gerçəkləşəcək. “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
İŞİD-in lideri məhv edildi
Yəməndə xüsusi təyinatlı dəstə şənbə günü əməliyyatın gedişatında İŞİD terror qruplaşmasının yerli başçılarından birini öldürüb, həmçinin üç döyüşçünü tutub. Bu haqda “RİA-Novosti” agentliyinə yerli güc strukturlarındakı mənbə bildirib.
Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Minsk Dövlət Linqvistika Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda bölmə iclası keçirilib.
Qazaxıstan təhsil müəssələri ilə əməkdaşlıq
Hədəf Liseyinin direktoru Şəmil Sadiq Astanada yerləşən Nazarbayev İnternasional Məktəbində olub. Lisey rəhbərliyindən aldığımız məlumata görə, İnternasional Məktəbin direktoru Mieram Zəkanov liseyin rəhbərliyini çox səmimi və qonaqpərvərliklə qəbul edib.














