Gündəm

Yeni NAZİRLƏRİN İLK ÜMUMİ TAPŞIRIĞI...

28 Aprel 2018 13:07

Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb. Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Rayonlara göndərilənlər arasında yeni nazir və komitə sədrləri də diqqət çəkir. Söz yox ki, qəbula gələnlər arasında köhnə nazirlərdən şikayət edənlər az olmayacaq.

Qusar etüdləri “Vətənin tərənnümü”ndə

28 Aprel 2018 13:06

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il mayın 4-də “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcək. Olaylar.az bildirir ki,  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşacaq plener rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.

Azərbaycan musiqisinin təbliği ilə bağlı mühazirələr

28 Aprel 2018 13:01

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirir. Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Bakı şəhərinin Yasamal rayonu Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılovanın “Cümhuriyyət dövründə musiqi” mövzusunda mühazirəsi keçirilib.

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında

28 Aprel 2018 12:58

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək “Min nəfəs, bir səs” türkdilli ölkələrin Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmək üçün bu ölkəyə səfər edib. Olaylar.az bildirir ki, 11-ci dəfə keçirilən nüfuzlu festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayacaq. Bundan başqa, teatr rəhbərliyinin və truppa üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək, qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və rejissorlar seminarlarda iştirak edəcəklər.

Teatr kollektivi dünya teatr olimpiadasının diplomu ilə təltif edilib

28 Aprel 2018 12:48

Hindistanda VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı diplomla təltif edilib. Olaylar.az bildirir ki, festivala olimpiada təşkilatçılarının dəvəti ilə qatılan kollektiv T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları aktrisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.

Pəhrizsiz, idmansız 1 həftəyə 8 kiloqram arıqlayın

28 Aprel 2018 12:45

Düyünün orqanizm üçün nə qədər faydalı olduğunu bilirsinizmi? Düyünü acqarnına gündə 1 qaşıq yeməklə pəhrizsiz, idmansız 1 həftəyə 8 kiloqram arıqladığının yollarını təqdim edir: Adi suda bişirilən düyü orqanizmi təmizləyir, yağları, duzu və şəkəri özünə hopdurub, orqanizmdən xaric edir. Əgər incəbel, düz qamətə, arıqlmış baldıra, buxaqsız çənəyə sahib olmaq istəyirsinizsə, bir neçə gün bu pəhrizə riayət edin.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinın açılışı oldu - Belqrad Universitetində

28 Aprel 2018 12:44

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, xalqımızın zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində yaradılan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.

Məsciddə kişi ilə görüşdü, intim videosunu əldə etdi və... - Masallıda qadından AĞLASIĞMAZ ƏMƏL

28 Aprel 2018 12:40

Masallı rayonunda kişin intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aytən Şahbazovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Aytən Şahbazova özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Əlihəsən Hüseynovu şantaj edib.

Yeni filmlər - Nizami Kino Mərkəzində

28 Aprel 2018 12:37

Nizami Kino Mərkəzində Türkiyənin “Can feda” ABŞ-ın “Döğru və cəsarət” və ABŞ və Kanadanın “Dumanla nəfəs al” filmlərinin nümayişi başlanıb. Olaylar.az bildirir ki, AF Mediya şirkətinin təqdim etdiyi “Can feda” döyüş filminin rejissoru Çağatay Tosundur. Yaş həddi: 14+ Film, Türk ordusunun Vətən uğrunda, terrorçular tərəfindən qurulmuş təhlükəli tələyə qarşı mübarizəsindən bəhs edir.

İlham Əliyev: "Biz dünyaya açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq"

28 Aprel 2018 12:33

Bizim sərvətimiz bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim birliyimizdədir. Azərbaycanda yaşayan hər bir xalqın, hər bir dinin nümayəndəsinin hüquqları lazımi şəkildə qorunur. Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq və milli müxtəliflik, bir daha demək istəyirəm ki, bizim böyük sərvətimizdir. Bu, gözəl sözlər deyil, reallıqdır. Hər bir vətəndaş, xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu gözəl dinamikanı saxlamalı

Bakıda ƏMƏLİYYAT: silahlı şəxslər... - FOTO

28 Aprel 2018 12:32

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan vətəndaşı Elimxan Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1

Dünya şöhrətli aktyor TANINMAZ HALDA - FOTO

28 Aprel 2018 12:28

53 yaşlı Hollivud aktyoru Kianu Rivz reportyorlardan, qalmaqallardan, əyləncə və qala gecələrindən uzaq olmağa çalışır. Xoşbəxtlikdən kinoya çəkilməyə davam edir və bunun sayəsində də biz ulduz həyatından xəbər tuturuq. Hazırda Bruklində “John Wick” filminin üçüncü hissəsi üzərində çəkilişlər gedir, aktyor ekran işində əsas rolu oynayır və çəkilişlər üçün vaxtının çoxunu idman zalında keçirir. Maqazin səhifələrini bəzəməyi sevməyən tənhə ulduz artıq tanınmaz hala düşüb.