Maradona baş məşqçi vəzifəsindən istefa verib
28 Aprel 2018 10:52 İdmanDieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I divizionunda çıxış edən "Əl-Fucayra" komandasının baş məşqçisi postundan istefa verib.
"Report" BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşıya qoyulan tapşırığı - komandanı yüksək dəstəyə çıxarmağı bacarmadığı üçün postundan ayrılıb.
Qeyd edək ki, Maradona ötən ilin mayından "Əl-Fucayra"ya rəhbərlik edirdi. O, 2008 - 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31