Qusar etüdləri “Vətənin tərənnümü”ndə

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il mayın 4-də “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcək. Olaylar.az bildirir ki,  “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşacaq plener rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və "Xətai" Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il mayın 4-də "Vətənin tərənnümü" silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcək.

Olaylar.az bildirir ki,  "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşacaq plener rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdirmək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır.

Plenerə 40-dək rəssam, o cümlədən 2017-ci ildə keçirilən "Vətənin tərənnümü" rəsm müsabiqəsinin qalibləri və mükafatçıları dəvət olunub. Qusar plenerində iştirak edən rəssamların etüdləri "Xətai" Sənət Mərkəzində "Etüddən gəlirəm" adlı sərgidə nümayiş olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31