Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinın açılışı oldu - Belqrad Universitetində

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, xalqımızın zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində yaradılan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, xalqımızın zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində yaradılan "Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli "Xəzər lüğəti" romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç mərkəzin yaradılmasının iki ölkə arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu, əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. 

Sonra Azərbaycan Respublikasının Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu bildirib. 

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın Belqrad Universitetində yaradılmış "Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin rəsmi açılış mərasiminə həsr olunmuş təbrik və təşəkkür məktubunu oxuyub. Professor mərkəzin fəaliyyəti ölkələrarası mədəni münasibətlərin daha da genişlənməsinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib. 

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç mərkəzin məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, hər iki ölkə arasında elmi və akademik sahələrdə əməkdaşlıq üçün tarixi bir hadisə kimi yadda qalacağını və universitetə dəyərli bir hədiyyə olduğunu qeyd etdi.

"Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi"nin müdiri dosent Lalə Məcidova bu layihənin həyata keçməsi üçün göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı Səfirliyinə təşəkkürünü bildirib. 

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31