Qazaxıstan təhsil müəssələri ilə əməkdaşlıq
Hədəf Liseyinin direktoru Şəmil Sadiq Astanada yerləşən Nazarbayev İnternasional Məktəbində olub. Lisey rəhbərliyindən aldığımız məlumata görə, İnternasional Məktəbin direktoru Mieram Zəkanov liseyin rəhbərliyini çox səmimi və qonaqpərvərliklə qəbul edib.
28 Aprel 2018 13:14 SosialHədəf Liseyinin direktoru Şəmil Sadiq Astanada yerləşən Nazarbayev İnternasional Məktəbində olub.
Lisey rəhbərliyindən aldığımız məlumata görə, İnternasional Məktəbin direktoru Mieram Zəkanov liseyin rəhbərliyini çox səmimi və qonaqpərvərliklə qəbul edib. Astanadakı təhsil müəssisəsi ilə tanış olduqdan sonra Şəmil Sadiq onları Hədəf Liseyinin konseptilə tanış edib, liseyin binasını virtual olaraq təqdim edib. Hər iki təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma imzalanıb.