Peru musiqisi ilə muğamımız birgə səslənəcək

Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq millimusiqilərlə yanaşı maraqlı etnik musiqi konsertləri də təşkil edilir. Olaylar.az bildirir ki, Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurlu olub.

Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq millimusiqilərlə yanaşı maraqlı etnik musiqi konsertləri də təşkil edilir. Olaylar.az bildirir ki, Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurlu olub.

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər. Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.

"Charango meets Mugam" adlı konsertdə Perudan gəlmiş iki ifaçı -Karl Struyf və Aleksandro Riva Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər. 

Çaranqo qədim simli  musiqi alətidir və Latınamerikası musiqisini müşayiət etmək üçün istifadə edilir.Əsasən kişi ifaçıların istifadə etdiyi Çaranqo xarıcı görünüşünə görə gitaraya bənzəyir,10 simi var,iki oktavaya qədər diapazonu olan alət geniş musiqi repertuarını müşayiət etmək imkanına malikdir.

Konsert saat 20:00-da başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31