Ermənistanda etirazlar daha iki 2 şəhərdə...

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.  N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

N.Paşinyan "Facebook" səhifəsində yazıb: "Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək".

Ötən gün müxalifətin Yerevan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31