Çoxmərtəbəli binada GÜCLÜ YANĞIN: Kəmaləddin Heydərov hadisə yerində - FOTO/VİDEO (YENİLƏNDİ)
Fövqəladə Hallar NazirliyiBakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb. Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
28 Aprel 2018 13:40 SosialFövqəladə Hallar NazirliyiBakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.
Yanğın əhatə dairəsi genişlənib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
12:58
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
12:53
Yanğın baş verən ərazidə yollar bağlanıb.
Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
12:32
Bakıda əvvəllər çoxmərtəbəli binada tüstülənmə başlayıb.
Binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Foto "report"undur.
Apa
Publika.az