Açıq səma altında əsərlər çəkiləcək
Aprelin 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Azərbaycanım” adı altında gerçəkləşəcək. “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
28 Aprel 2018 13:38 MədəniyyətAprelin 29-da "Art Villa" qalereyasında "Açıq səma altında plener-18" keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener "Azərbaycanım" adı altında gerçəkləşəcək.
"Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
"Tədbir çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında təbii şəraitdə yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsili təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır",- deyə D. Məmmədov bildirib.