Gündəm

Üçüncü Dünya Müharibəsi başlaya bilər

11 May 2018 13:21

Bir çox qədim kitablarda yazılan məlumatlar üçüncü dünya müharibəsi barədə məlumat verir. Suriya münaqişəsində onlarla ölkənin iştirakı artıq üçüncü dünya müharibəsinin ilk siqnalları kimi qəbul edilə bilər.

Ümummilli lider Heydər Əliyevin xatirəsi Meksikada anıldı

11 May 2018 13:21

Azərbaycanın Mexikodakı Səfirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı təşkil edilmiş tədbirdə Meksikada Azərbaycan və Meksika icmasının üzvləri iştirak ediblər. Səfirlikdən Olaylar.az –a bildirilib ki, tədbirdə Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, onun müasir Azərbaycanın banisi olduğunu, ölkə tarixində müstəsna rolunu qeyd edərək Vətənimizi xaos və böhrandan qurtararaq qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkəyə çevrilməsinə nail olduğunu bildirib.

Donald Ramsfeldə Heydər Əliyev adına fəxri ödülü təqdim edildi

11 May 2018 13:17

ABŞ paytaxtında yerləşən məşhur və möhtəşəm diplomatik tədbirlərin keçirilməsi ilə tanınmış Meridian Beynəlxalq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ile əlaqədar tədbir keçirilib. Səfirlikdən Olaylar.az – a bildirilib ki, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığa müstəsna töhfələrinə görə Heydər Əliyev adına 2018-ci ilin fəxri ödülü təqdim edilmişdir.

Nyu Meksika ştatında 28 may “Azərbaycan Milli Günü” elan edildi

11 May 2018 13:18

ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bakıdakı pis qoxunun səbəbi açıqlandı

11 May 2018 13:16

Bakıdakı iyin əsas səbəbi neft emalı zavodunun zərərli tullantılarının həddindən artıq çox havaya buraxılmasıdır. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov deyib.

Kollec tələbələri Heydər Əliyevin şərəfinə 95 ağac əkdilər

11 May 2018 13:14

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin həyətindəki geniş parkda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib. İştirakıçlar Mərkəzdə Ulu öndərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət respublika müsabiqəsinə daxil olan nümunəvi sənət əsərlərinin sərgisi ilə tanış olublar. Sonra görkəmli siyasi xadimin anım mərasimi keçirilib.

Ulu öndər anıldı - Musiqi Mədəniyyəti Dövlət Muzeyində

11 May 2018 13:13

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib. Olaylar.az bildirir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq milli incəsənətimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.

Deputatların maaşları 20% aşağı salındı

11 May 2018 13:11

Polşa Seymi parlamentarilərin maaşlarının 20 faiz azaldılması barədə qanun layihəsini qəbul edib.