Türkiyə Ayın tədqiqi ilə bağlı “Artemida Sazişi”ni imzalayıb

Türkiyə Ayın tədqiqinin təhlükəsizliyini artırmağı və kosmosun dinc, davamlı və faydalı istifadəsini təşviq etməyi qarşıya məqsəd qoyan prinsiplər toplusu olan "Artemida Sazişi"ni imzalayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ölkəmiz Ayın tədqiqinin təhlükəsizliyini artırmağı və kosmik məkanın dinc, davamlı və faydalı istifadəsini təşviq etməyi qarşıya məqsəd qoyan prinsiplər toplusu olan "Artemida Sazişi"ni dünən (31 avqust) imzalayıb.

Türkiyə, "Artemida Sazişi" ilə də ortaya qoyulan anlayış çərçivəsində kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsinə yönəlmiş beynəlxalq əməkdaşlığı dəstəkləməyə, kosmik texnologiyalar və tədqiqatlar sahəsindəki işlərə beynəlxalq hüquq əsasında inklüziv və innovativ yanaşma ilə töhfə verməyə davam edəcək", - deyə məlumatda bildirilib.

Məlumata görə, 2026-cı il oktyabrın 5-9-da Antalyada keçiriləcək 77-ci Beynəlxalq Kosmos Konqresi də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olacaq.

Türkiyə Ayın tədqiqi ilə bağlı "Artemida Sazişi"ni imzalayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31