Turizimçilər ekologiya və təbii sərvətlər naziri ilə görüşüb
11 May 2018 13:33 SiyasətEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovu qəbul edib.
"OLAYLAR"-a AZTA-dan bildirilib ki, görüşün əsas məqsədi Azərbaycanın turizm sənayesinin, o cümlədən, ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələrinin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüş zamanı nazirliyin fəaliyətində yenı yanaşmaların tətbiq ediləcəyini, əsasən də özəl sektorun iştirakçılarına xüsusi önəm veriləcəyini qeyd etdi. Nazirlik artıq bu istiqamətdə işlər görür, özəl sektor nümayəndələri ilə görüşlər keçirir.
AZTA sədri nazirə turizm sahəsində son illər əldə olunmuş nəaliyyətlərdə özəl sektorun rolundan və bu sahənin inkişafında verilə biləcək əlavə töfhələrdən bəhs edib. Bağırov nazirlə görüşdə dövlət tərəfindən əlavə dəstəyin vacibliyini də qeyd edib.
Nazir öz növbəsində görüşün nəticəsi olaraq turizm sahəsində fəaliyyət göstərən sahibkarlara əlavə dəstəyin görülməsi barədə AZTA tərəfindən təkliflərin hazırlanmasını təklif edib.
AZTA yaxın vaxtlarda təklifləri hazırlayaraq Ekologiya və təbii sərvətlər nazirliyinə təqdim edəcək.