Kollec tələbələri Heydər Əliyevin şərəfinə 95 ağac əkdilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin həyətindəki geniş parkda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib. İştirakıçlar Mərkəzdə Ulu öndərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət respublika müsabiqəsinə daxil olan nümunəvi sənət əsərlərinin sərgisi ilə tanış olublar. Sonra görkəmli siyasi xadimin anım mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin həyətindəki geniş parkda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 95 həmişəyaşıl ağac əkilib.

İştirakıçlar Mərkəzdə Ulu öndərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət respublika müsabiqəsinə daxil olan nümunəvi sənət əsərlərinin sərgisi ilə tanış olublar.

Sonra görkəmli siyasi xadimin anım mərasimi keçirilib.

Dövlət himninin oxunması ilə başlayan tədbirdə səhnəyə Dövlət bayrağı gətirilib. Mərkəzin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Həsənov dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində müdrik dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla və Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov öz çıxışlarında Ümummilli liderin zəngin irsinin dərindən öyrənilməsi sahəsində maarifçilik, ideoloji təbliğat işinin daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Bədii hissədə tələbələrin ifasında dahi şəxsiyyətə həsr olunmuş mahnılar, şeirlər səslənib. Ulu öndərin xatirəsinə həsr olunmuş müsabiqələrdə qalib olmuş şagirdlərə sertifikatlar, təşəkkürnamələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31