Kraliçadan təzə gəlinə qadağa: “Hamilə qalma”
11 May 2018 13:18 Dünya19 may tarixində şahzadə Harri aktrisa Meqan Markl ilə evlənəcək.
Cütlüyə ilk qadağa kraliça II Yelizavetadan gəlib. Kraliça gəlinə bal ayında hamilə qalmağı qadağan edib.
Harri və Meqan toydan sonra Afrikaya bal ayına yollanacaqlar. Xəstəlik riski daşıyan bu bölgələrdə gəlinin hamilə qalması qətiyyən istənilmir. Bu səbəbdən cütlük peyvənd edilib. Peyvənd orqanizmdə dolaşarkən bir qadının hamilə qalması körpənin ziyan çəkməsinə səbəb ola bilər.
Bundan başqa Markl Afrikadan qayıtdıqdan sonra həkimlərin nəzarətindən keçməlidir. Bunun üçün isə ən azı 3 ay gözləməlidir.
Olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31