Gündəm

Deputat: “Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır”

11 May 2018 14:50

“Hesablama Palatası haqqında” qanun layihəsinin 30 maddəsi üzərində yenidən işlənilib və təkmilləşdirmələr aparılıb: “Demək olar ki, qanun layihəsi birinci oxunuşdan sonra tam təkmil vəziyyətə gətirilib”. “Olaylar” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 11-də keçirilən iclasında deyib. Adıçəkilən komitənin üzvü Əli Məsimli Palatanın səlahiyyətlərinin artırılmasını məqsədəuyğun sayıb. O, Palataya işçilərin götürülməsi məsələsinin də önəmli məqamlardan olduğunu və bu məsələyə də ciddi diqqət yetirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləyib:“Bu məsələdə ciddi nəzarət olmalıdır”.

Deputat: “Necə olur ki, Hesablama Palatasının işçiləri deputatlardan çox maaş alır?”

11 May 2018 14:49

 Milli Məclisdə millət vəkillərinin son əmək haqqı artımı məsələsi yenidən müzakirə mövzusu olub. Belə ki, bəzi millət vəkilləri bu məsələ ilə bağlı öz narazılıqlarını və iradlarını bildiriblər. Millət vəkilləri xüsusilə də, MM-in orqanı olan Hesablama Palatasının üzlərinin maaşlarının millət vəkillərinin maaşlarından artıq nəzərdə turulmasına irad tutublar. “Olaylar” xəbər verir ki, millət vəkili Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır.

53 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

11 May 2018 14:47

May ayının ilk 10 günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb. “OLAYLAR” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov özünün facebpook profilində yazıb. O, qeyd edib ki, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

ABŞ-dakı diaspor təşkilatı ABŞ-ın Helsinki Komissiyasının açıqlaması ilə bağlı bəyanat yayıb

11 May 2018 14:47

Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb. DİDK-dən “OLAYLAR”-a bildirilib ki, bəyanat ABŞ Konqresinə göndərilib. Bəyanatda Komsisiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.

Paytaxtda soyğunçular saxlanıb

11 May 2018 14:46

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 10-da Nəsimi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməyə hədə-qorxu gələrək ondan pul almışlar.

Kriştiano Ronaldo cizgi film qəhrəmanı olacaq

11 May 2018 14:43

Real Madridin və Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo "Graphic İndia" kompaniyası ilə əməkdaşlıq edəcək.

Həmyerlisini bıçaqlayan tutulub

11 May 2018 14:40

Şəmkir rayonunun Dəllər qəsəbə sakini Nizami Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Mağazalara qənim kəsilənlər tutulublar

11 May 2018 14:39

Mayın 10-da polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər 2 nəfərin yeniyetmə olduqları məlum olub.

Hesablama Palatası parlamentə hesabat verəcək

11 May 2018 13:57

Hesablama Palatası 2017-ci ildə fəaliyyəti barədə Milli Məclisə (MM) hesabat təqdim edib və yaxın günlərdə hesabat parlamentdə müzakirə olunacaq

"Qırmızı şeytanlar" alternativ formaları təqdim etdi - FOTO

11 May 2018 13:54

Olaylar.az bildirir ki, Mançester Yunayted klubu 2018-2019 mövsümü üzrə üçüncü (alternativ) formaları təqdim edib.