Deputat: “Necə olur ki, Hesablama Palatasının işçiləri deputatlardan çox maaş alır?”
Milli Məclisdə millət vəkillərinin son əmək haqqı artımı məsələsi yenidən müzakirə mövzusu olub. Belə ki, bəzi millət vəkilləri bu məsələ ilə bağlı öz narazılıqlarını və iradlarını bildiriblər. Millət vəkilləri xüsusilə də, MM-in orqanı olan Hesablama Palatasının üzlərinin maaşlarının millət vəkillərinin maaşlarından artıq nəzərdə turulmasına irad tutublar. “Olaylar” xəbər verir ki, millət vəkili Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır.
11 May 2018 14:49 SosialMilli Məclisdə millət vəkillərinin son əmək haqqı artımı məsələsi yenidən müzakirə mövzusu olub. Belə ki, bəzi millət vəkilləri bu məsələ ilə bağlı öz narazılıqlarını və iradlarını bildiriblər. Millət vəkilləri xüsusilə də, MM-in orqanı olan Hesablama Palatasının üzlərinin maaşlarının millət vəkillərinin maaşlarından artıq nəzərdə turulmasına irad tutublar. "Olaylar" xəbər verir ki, millət vəkili Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasının üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır. O, qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib: "Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Eyni zamanda hesab edirəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası MM-in qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir". V. Əhmədov çıxışında eyni zamanda, ölkədə aparılan kadr islahatlarına toxunub və bunu müsbət qiymətləndirib. Millət vəkili son vaxtlar mətbuatda da kadr dəyişiklikləri barədə məlumatlar-faktlar yayıldığını və onların birmənalı qarşılanmadığını bildirib: "Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. Filan nazir 5 milyar yedi, filan nazir 2 milyard yedi, dağıtdı-tökdü və s. Həmin şəxslər nazir olan zaman Hesablama palatası onun tabeliyində olan qurumu yoxlayıb. Həmçinin. Maliyyə Nazirliyin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ mən demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb eləyin. Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndəndən sonra vəzifəsini itirənlərin mətbuatda da və sair yerlərdə də üstünə düşülür ki, bu da anlaşılmır.Bunlara da heç kim cavab vermək istəmir. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır".
Millət vəkili Əli Məsimli də maaş məsələsində Hesablama Palatasına öz iradlarını səsləndirib:
"Hesablama Palatasına biz həmişə doğma təşkilatımız kimi baxmışıq. Birni deyəndə, beşini də deməmişik. Bunu isə ironiya ilə deyirəm, Hesablama Palatasının üzlərinin əmək haqları yaxşı ki, Milli Məclisin sədrinin əmək haqqı səviyyəsində müəyyən edilməyib, birinci müavinin əmək haqqı səviyyəsində müəyyənləşdirilib.Mən Milli Məclisin işçisiyəm, millət vəkiliyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur"-deyən, millət vəkilinin sözlərinə görə, dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur: "Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm. Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə, özünün vəzifəsini avtopilota qoyub, hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Amma açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndiririəm".