Gündəm
Musiqili Teatrda Elçinin 75 illiyi
13 may saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş etdiriləcək. Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist Telli Pənahqızı böyük dramaturqun yaradıcılıq yolu barədə çıxış edəcək.
Heydər Əliyev - mədəniyyətimizin hamisi
Gənc tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub. Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb.
Torpaqdan istifadənin səmərəliliyi artırılacaq
Qanunvericilikdə dəyişiklik ediləcək “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən “Olaylar”a daxil olan məlumata görə, sözügedən qanunun 10-cu maddəsində ediləcək dəyişikliklərdə məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir.
Tehran ABŞ-a qarşı hərəkətə keçdi
Ermənistan prezidenti aparıcını özünə köməkçi təyin edib
Fuad Ələsgərov Azərbaycan ordusunun nəyə qadir olduğunu açıqladı
"Deyirlər, arsızdır, ana kimi məni təhqir edirlər" - Afaq Gəncəli
Soçidə keçiriləcək AİB sammitində Ermənistanı Paşinyan təmsil edəcək
Ermənistan hökuməti Soçidə keçiriləcək Avrasiya İqtisadi Birliyi (AİB) sammitində ölkəni prezident Armen Sarkisyanın yox, baş nazir Nikol Paşinyanın təmsil edəcəyinə dair qərar qəbul edib.
"Fənərbaxça"nın qorxulu yuxusu "Akhisarspor"
İslam Dünyasında innovativ və texnoloji həmlə
Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun təntənəli açılış mərasimi olub.
Müsabiqənin qalibləri bəlli olub
““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən 5 bal sistemi ilə qiymətləndirilib.
Valideynlər aliment öhdəliklərindən yayınırlar
Rusiya müdafiəsi keçilməz deyilmiş - VİDEO
Suriyada İsrail tərəfindən İranın mövqelərinə zərbələr zamanı Rusiya tərəfindən çatdırılan “Pansir-S1” zenit raket-top kompleksi məhv edilib. Videoçarx İsrail ordusunun tvitter səhifəsində yerləşdirilib. “Spike NLOS” raketində yerləşdirilən kamera ilə çəkilmiş videoda raketin kompleksə yaxınlaşması anı və onun məhv etməsi görünür.
Vaqif Bayatlı Odərdən XƏBƏR VAR
“Vaqif müəllimin səhhəti gözlədiyimiz kimi çox sürətlə yaxşılaşmadı. Düzdü həkimlər söyləmişdilər ki, beynindəki problem 6 ay və ya 2 il arasında aradan qalxmalı idi. İki il də bu ilin avqust ayında tamam olur. 2016 – cı il avqustun 10 –da beynində əməliyyat olunmuşdu. Hər –halda avqusta kimi vaxtımız var. Ümid edirik ki, müalicə avqust ayına kimi daha da yaxşı nəticə verəcək. Yaxşılığa doğru proses gedir, amma elə də sürətli getmir.Yayda yenidən həkim nəzarətindən keçəcək. İnşallah, ona qədər tam saxalacağına ümid edirik. Əgər beynindəki problem aradan qalxarsa, o zaman biz həkimlərdən xahiş edəcəyik ki, ürəyinə də müdaxilə etsinlər. Ürəyindəki problem də aradan qalxsın. Ona görə də yayı səbirsizliklə gözləyirik.”














