Vaqif Bayatlı Odərdən XƏBƏR VAR
“Vaqif müəllimin səhhəti gözlədiyimiz kimi çox sürətlə yaxşılaşmadı. Düzdü həkimlər söyləmişdilər ki, beynindəki problem 6 ay və ya 2 il arasında aradan qalxmalı idi. İki il də bu ilin avqust ayında tamam olur. 2016 – cı il avqustun 10 –da beynində əməliyyat olunmuşdu. Hər –halda avqusta kimi vaxtımız var. Ümid edirik ki, müalicə avqust ayına kimi daha da yaxşı nəticə verəcək. Yaxşılığa doğru proses gedir, amma elə də sürətli getmir.Yayda yenidən həkim nəzarətindən keçəcək. İnşallah, ona qədər tam saxalacağına ümid edirik. Əgər beynindəki problem aradan qalxarsa, o zaman biz həkimlərdən xahiş edəcəyik ki, ürəyinə də müdaxilə etsinlər. Ürəyindəki problem də aradan qalxsın. Ona görə də yayı səbirsizliklə gözləyirik.”
11 May 2018 12:12 Mədəniyyət"Vaqif müəllimin səhhəti gözlədiyimiz kimi çox sürətlə yaxşılaşmadı. Düzdü həkimlər söyləmişdilər ki, beynindəki problem 6 ay və ya 2 il arasında aradan qalxmalı idi. İki il də bu ilin avqust ayında tamam olur. 2016 - cı il avqustun 10 -da beynində əməliyyat olunmuşdu. Hər -halda avqusta kimi vaxtımız var. Ümid edirik ki, müalicə avqust ayına kimi daha da yaxşı nəticə verəcək. Yaxşılığa doğru proses gedir, amma elə də sürətli getmir.Yayda yenidən həkim nəzarətindən keçəcək. İnşallah, ona qədər tam saxalacağına ümid edirik. Əgər beynindəki problem aradan qalxarsa, o zaman biz həkimlərdən xahiş edəcəyik ki, ürəyinə də müdaxilə etsinlər. Ürəyindəki problem də aradan qalxsın. Ona görə də yayı səbirsizliklə gözləyirik."
Bu sözləri Olaylar.az -a açıqlamasında şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.
Tamam xanım qeyd etdi ki, Vaqif müəllim hazırda Bakı şəhərində dincəlir. "Düşünürdüm ki, Vaqif müəllim iki il tamam olana yaxın artıq bayıra çıxacaq, gəzəcək. Amma hələki o vəziyyətdə deyil ki, tam sərbəst çıxıb gəzsin."
Vaqif Bayatlı Odərin yaradıcılığı ilə nə dərəcədə məşğul olması ilə marqalandıqda, Tamam xanım bildirdi ki, bəlkə də müalicəni belə gec nəticə verməsinə səbəb onun şeirləri üzərində işləməsidi. Çox istəyir ki, bu il yeni kitabı işıq üzü görsün. Yaradıcılığını davam elətdirir. Çoxdandı artıq şeirlər yazır. Səhhətinə görə tam yekunlaşdıra bilmirdi. Biz tam sağalandan sonra davam etməsini təklif etdik. Amma özü qərara gəldi ki, bu il kitabı nəşr olunsun. Artıq kitabın səhifələnmə prosesi gedir. Demək olar ki, kitab artıq hazırdı. Kitabda şeirlərin səhifələnməsinə də özü şəxsən nəzarət edir."