Torpaqdan istifadənin səmərəliliyi artırılacaq
Qanunvericilikdə dəyişiklik ediləcək “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən “Olaylar”a daxil olan məlumata görə, sözügedən qanunun 10-cu maddəsində ediləcək dəyişikliklərdə məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir.
11 May 2018 13:08 SiyasətQanunvericilikdə dəyişiklik ediləcək
"Torpaq icarəsi haqqında" qanuna dəyişiklik ediləcək. Milli Məclisdən "Olaylar"a daxil olan məlumata görə, sözügedən qanunun 10-cu maddəsində ediləcək dəyişikliklərdə məqsəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsidir. Layihə torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həllini tənzimləyəcək, nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı artacaq.
Bununla bağlı Torpaq Məcəlləsi və "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.