İslam Dünyasında innovativ və texnoloji həmlə

Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan “İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu”nun təntənəli açılış mərasimi olub.

Rusiya Federasiyası, Tatarstan Republikasının paytaxtı Kazan şəhərində İƏT Gənclər Forumu və Tatarstan Hökuməti tərəfindən bu il 4-cüsü təşkil olunan "İƏT ölkələri Gənc İş Adamları Beynəlxalq Forumu"nun təntənəli açılış mərasimi olub.

"OLAYLAR" xəbər verir ki, Forum, İƏT ölkələrində gənclər arasında innovativ layihələrin və Startapların təşviqi, təlimi, maliyyələşdirilməsi və sonrakı inkişafının dəstəklənməsi məqsədilə 4-cü ildir ki, İƏT Gənclər Forumunun dəstəyi, Tatarstan Hökumətinin partnyorluğu və İƏT ölkələrindən olan innovativ mərkəzlərin iştirakı ilə yüzlərlə gənc iş adamlarının irəli sürdüyü layihələrin cəlb olunduğu beynəlxalq Platformaya çevrilib.

Foruma müxtəlif ölkələrdən online olaraq 1000-ə yaxın innovativ layihə daxil olub, onların arasından 26 ölkəni təmsil edən 50 ən yaxşısı və uğurlusu seçilərək Forumda təqdimat və araşdırması həyata keçirilib, maliyyələşmə üçün investorlara təqdim edilib. 6 gün davam edən Forum zamanı eyni zamanda İƏT ölkələrindən dəvət olunmuş yüzlərlə gənc iş adamları və startap layihələri müəllifləri üçün təlimlər, iş adamları ilə görüşlər, praktiki panellər, informativ vorkşoplar təşkil olunmuş, bununla onların gələcək inkişafı və innovativ layihələri üçün dəstək göstərilib.

Forumun açılış mərasimində Tatarstan Respublikasının prezidenti Rüstəm Minnixanov, İslam Əməkdaşlıq Təşkilatı Baş Katibi Yusif əl Useymin, İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal, İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov, Tatarstanın Sələt Gənclər Hərəkatının sədri Timur Suleymanov çıxış ediblər.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov 4 ildir uğurla davam edən bu təşəbbüsün əsas hədəflərinin islam ölkələrində gənclər arasında işsizliyin azaldılması, bu gənclərin beynəlxalq rəqabət şəraitində təsirli yer tutması olduğunu vurğulayıb. E. İskəndərov bu il sentyabr ayında İslam Dünyasında ilk dəfə İstanbulda İƏT Gənc İş Adamları Beynəlxalq Sərgisinin keçiriləcəyini və bu sərgidən gözləntilərin də böyük olacağını, belə təşəbbüslər vasitəsilə gənclər arasında texnoloji və innovativ irəliləyişin baş verəcəyinə inamını da ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31