AzTU-nun nümayəndələri Türkiyədə keçirilən xarici tələbələrin festivalına qatılıblar
11 May 2018 13:33 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) Türkiyənin Manisa Universitetində işgüzar səfərdə olan nümayəndələri Manisa Universitetinin rəhbərliyinin dəvəti ilə "26-cı Elm və Bahar Şənliyi" çərçivəsində keçirilən "Beynəlxalq tələbə festivalı və tələbə qrupları konserti"nə qatılıblar.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, festival çərçivəsində AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və universitetin "Elektrotexnika və elektrik avadanlığı" kafedrasının müdiri, dossent Hikmət Əliyev Manisa Universitetində təhsil alan xarici tələbələrin hazırladıqları stentlərlə tanış olublar və universitetdə təhsil alan azərbaycanlı tələbələrlə Türkiyə universitetlərindəki təhsilin üstünlüklərini, çatışmazlıqlarını, həmçinin universitet kampusu məsələsinin təhsilin kefiyyətinə necə təsir göstərməsini müzakirə ediblər.
Dünyanın fərqli-fərqli ölkələrindən olan tələbələr stentdlərdə öz milli adət-ənənələrini, ölkələrinə xas olan arnamentləri əks etdiriblər. Eyni zamanda festivalda müxtəlif idman yarışmaları və rəqs nömrələri nümayiş etdirilib, mahnılar ifa olunub.
Manisa Universitetinin xarici tələbələri arasında çoxluq təşkil edən Azərbaycanlı tələbələr də, festivalda aktivlik nümaiş etdiriblər. Universitetin "Azərbaycanlı Tələbələr Təmsilçiliyi"nin hazırladığı "Xalq oyunları" tamaşası festival iştirakçılarının və qonaqların böyük marağına səbəb olub.