Gündəm
Avstriya Mübadilə Xidmətinin rəhbəri Azərbaycanda
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Avstriya Mübadilə Xidmətinin (OeAD) rəhbəri Stefan Zottini qəbul edib. Qonağı salamlayan akademik K.Abdulla avstriyalı tələbələri, alimləri ADU daha çox görmək istədiyini bildirib. ADU-nun rektoru əlavə edib ki, avstriyalı alimlərlə birgə elmi konfranslar, dəyirmi masalar təşkil etmək qarşılıqlı faydalı əməkdaşlığa ciddi töhfə verərdi.
Məşhur aparıcı ərə getdi - FOTOLAR
Məşhur aparıcı Burcu Esmersoy nişanlısı Berk Suyabatmazla nikaha masasına oturub. Cütlüyün toyu Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunda baş tutub.
Türkiyədə üç günlük matəm elan edildi
ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub. Bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı
Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.
Tramp əməliyyat olundu
ABŞ-ın 48 yaşlı birinci xanımı Melanya Tramp bazar ertəsi böyrəklərindən əməliyyat olunub. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Fotoqrafları Birliyi 20 illiyini qeyd edir
Mayın 14 -16 tarixlərində Azərbaycan Fotoqrafları Birliyi 20 illik fəaliyyəti ilə əlaqədar olaraq keçirəcəyi “Beynəlxalq Foto günləri-2018” tədbirində 3×50 konseptində tamaşaçılara foto sərgilər təqdim olunacaq. 16 may 2018-ci il saat 14-00-da Gürcüstan Fotoqraflar Assosasiyasının fotoqraflarının, Türkiyənin İzmir şəhərindən gəlmiş Erdal Türkoğlunun,İranın Təbriz şəhərindən gəlmiş fotoqraf Paşa Hadianın təqdimatları olacaq. Ünvan: 28 may küçəsi 9/13 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində.
Missisipi ştatının paytaxtında Azərbaycan Günü bəyan edildi
Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve Antar Lumumba (Chokwe Antar Lumumba) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat vermişdir. Olaylar.az bildirir ki, sözügedən sənəddə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.
Rusiyadan Yəmənə gedən gəmi raketlə vuruldu
Rusiyadan Yəmənə buğda daşıyan yük gəmisinin üzərinə raket düşüb. Gəmi İstanbulda yerləşən "Ince Shipping Group" şirkətinə məxsusdur. Onun göyərtəsində Novorossiyskdə yüklənmiş təqribən 50 min ton buğda olub. Raket gəminin anbarına düşərək partlayıb.
3,8 bal gücündə zəlzələ
İranın mərkəzi bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Ərdoğan və Mahmud Abbas telefonla danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub. Tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair rəsmi Vaşinqtonun qərarını və ötən gün Qəzza zolağında baş verənləri qətiyyətlə pisləyiblər. Ərdoğan son hadisələrlə əlaqədar Fələstin xalqına başsağlığı verib.
Mançini rəsmən İtaliya millisində
Astroloji proqnoz - 15 may
İsrail bu silahdan ilk dəfə istifadə etdi – VİDEO
Çexiya Qüdsdə konsulluq açır
Çexiya mayın sonuna qədər Qüdsdə fəxri konsulluq açacaq. Bu barədə ölkənin baş naziri Andrey Babiş "Twitter" mikrobloqunda yazıb.
İstanbulda aksiya keçirilir: etirazçılar İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir
İstanbulda İsrailin Qəzzada hərəkətlərinə qarşı etiraz aksiyası keçirilir. Aksiyada minlərlə insan iştirak edir. Qeyd olunur ki, etirazçılar həmçinin ABŞ-ın İsraildəki paytaxtını Tel-Əvivdən Qüdsə keçirməsi qərarına qarşı çıxış edirlər.





.jpg)








.jpg)